AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin keçirdiyi bütün turnirlərin bu həftə oynanılacaq qarşılaşmalarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, bu, "Sumqayıt" klubunun U-15 komandasının futbolçusu Ayxan Qasımovun ölümü ilə bağlıdır.
Qeyd edək ki, Ayxan Qasımov oktyabrın 2-də avtomobil qəzasında dünyasını dəyişib.