"Məğlub olduq. Dünəndən bu oyun haqda çox danşırdıq. Fikrimiz rəqibdən çəkinməyərək, öz oyunmuzu oynamq idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər. Böyümək üçün bu cür böyük məğlubiyyətlər lazımdır. Qalib gəlməkdən ötürü isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarında yararlana bilmədik”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda İngiltərə təmsilçisi "Arsenal”a evdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
46 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində pressinq tətbiq etmələri düşünülmüş addım olub: "Pressinq tətbiq etməyimiz düşünülmüş idi. Emerinin son dəfə nə zaman 3 mərkəz müdafiəçi ilə oynadığını xatırlamıram. Heyəti görəndən sonra bəzi dəyişikliklər etdik. Amma bu, bizim üçün tanış sistemdir. Azarkeşlərə yaxşı futbol göstərmək istəyirdik. Bunu bacardığımız üçün sevinirəm”.