"Çox çətin oyun olacaq. Çünki üç gün ərzində ikinci səfər oyunumuzu keçirəcəyik. Digər tərəfdən, Farer adaları üzərində qələbə Azərbaycan millisi üçün böyük motivasiyadır".
Sportnet.az xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının IV turunda Azərbaycan millisi ilə oyundan əvvəl deyib.
- Kosovo ilə görüşdə 1:1 hesabını qorumaq üçün nə çatmadı? Həmin görüşdən hansı nəticələri çıxardınız?
- Əvvəla, Maltanın U-21 yığmasını təbrik edirəm, Macarıstana qalib gəlidlər. Suala qaldıqda, Kosovo çox çətin komandadır. Azərbaycan da bu cürdür. Səhv etməməyə çalışacağıq. Müdafiədə kompakt oynamaq lazımdır.
- Malta hazırda 1 xalla D liqasının III qrupunda sonuncu yerdədir. Rəqiblərlə aradakı xal fərqi artacaq?
- Aramızdakı xal fərqinin get-getdə artacağını deməzdim. Mən yeni komanda qurmağa start vermişəm. Bu, bizim üçün keçid dövrüdür. Heyətə 4-5 nəfər gənc futbolçu cəlb etmişik.
- Millətlər Liqası Malta üçün nə deməkdir?
- Zədəlilərimiz yoxdur. Amma iki önəmli futbolçumuz - Zak Muskat və Luk Qambin bizimlə deyil. Maykl Mifsud isə cəzalıdır.
- Kosovo və Azərbaycanı müqayisə etsəniz, hansınln daha güclü olduğunu deyə bilərsiniz?
- İlk oyuna baxmışam. Komandalar arasında ciddi fərq yoxdur. Amma Azərbaycan bu rəqiblə səfərdə oynayacaq. Çətin olacaq.