
Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayıb.
Sportnet.az xəbər verir ki, komanda "Kapital Bank Arena”nın süni örtüklü köməkçi meydançasında "Zirə” ilə qarşılaşıb.
Nazim Süleymanovun yetirmələri 1:2 hesabı ilə məğlub olub.
Qonaqların heyətində Mirsahib Abbasov və Vüsal İskəndərli fərqləniblər.
"Kimyaçılar”ın yeganə qolunu qarşılaşmanın son dəqiqələrində Nicat Qurbanov rəqib qapısından keçirib.