
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar güclərini yoldaşlıq oyunlarında sınayırlar.
Sportnet.az xəbər verir ki, "Keşlə” MOİK-lə qarşılaşıb.
"ASK Arena”da keçirilən matç paytaxt təmsilçisinin 5:1 hesablı qələbəsi ilə nəticələnib.
"Keşlə”nin heyətində Amil Yunanov 2, Azər Salahlı, Andre Klennon və Vaqif Cavadov hərəyə bir qol vurub.