
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.
Mərkəzi qarşılaşma hesab olunan "Qəbələ" - "Neftçi" görüşü oktyabrın 20-də saat 17:00-da start götürəcək. Həmin gün keçiriləcək "Qarabağ" - "Səbail" oyunu isə saat 19:00-da başlayacaq.
Turun digər iki oyunu isə oktyabrın 21-də olacaq. "Sumqayıt" - "Sabah" matçı saat 17:00-da, "Keşlə" - "Zirə" oyunu isə saat 19:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası, VIII tur
20 oktyabr (şənbə)
17:00. "Qəbələ” – "Neftçi”
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ” – "Səbail”
"Azersun Arena”
21 oktyabr (bazar)
17:00. "Sumqayıt” – "Sabah”
"Bayıl Arena”
19:00. "Keşlə” – "Zirə”
"ASK Arena”