
"Qəbələ” komandası Topaz Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt"la keçirəcəyi oyunun hazırlıqlarına başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, VIII turda evdə "Neftçi”ni 3:1 hesabı ilə yendikdən sonra "qırmızı-qaralar" bir günlük istirahətin ardından Bakıda toplaşıb. Bugünkü məşq prosesi "Bakı” FK-nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Sumqayıt” – "Qəbələ” matçı "Dalğa Arena”da baş tutacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.