Topaz Premyer Liqasının IX turunda "Qarabağ"la oyun zamanı "Neftçi" azarkeşləri ilə polislər arasında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, buna "Forza Neftçi" fan-klubu üzvlərinin "Bakcell Arena"da qələbəni çılğınlıqla qeyd etmələri səbəb olub. Tribunada fişənglər yandıran fanatlar partlayıcı vasitədən də yararlanıblar. Nəticədə tribunanı tüstü bürüyüb.
Olaya müdaxilə edən polis 3 nəfəri saxlayaraq, bölməyə aparıb. Fan-klub rəhbəri Sübhan Əliyevin Sportnet.az-a verdiyi məlumata görə, onların hər biri cərimələndikdən sonra gecə saat 12:00 radələrində sərbəst buraxılıblar. Əliyev azarkeşlərin heç bir fiziki təzyiqə məruz qalmadıqlarını da əlavə edib.
Qeyd edək ki, görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.