Bu gün Keşlə klubunun Müşahidə Şurasının iclası keçirilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gündəlikdəki məsələlərin müzakirəsindən sonra baş məşqçi vəzifəsinə Tərlan Əhmədovun təyin olunması qərara alınıb. İclasda digər məsələlər barədə də müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycanlı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanıb.