1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Sabah" üçün başladı
"Qəbələ” Topaz Premyer Liqasının X turunda "Sabah"la keçirəcəyi ev oyununun hazırlığına start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" oktyabrın 27-də "Sumqayıt”la səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçərək, birgünlük istirahətə buraxıldıqdan sonra paytaxtda bir araya gəlib. "Qırmızı-qaralar” "Sabah”la qarşılaşmanın hazırlığına səhər məşqi ilə başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi "Bakı” FK-nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydanda toplu çalışmalar icra olunub.
Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran "qırmızı-qaralar” bu gün Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.
Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Qəbələ” – "Sabah” matçı saat 17:00-da başlayacaq.