
"Qəbələ" klubu Lalavele Atakoranın Türkiyənin "Dənizlispor"undan təklif aldığına dair iddialara münasibət bildirib.
Bu barədə Sportnet.az-a "qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizov açıqlama verib. Klub rəsmisi toqolu hücumameylli yarımmüdafiəçisi ilə bağlı heç bir klubdan təklif almadıqlarını diqqətə çatdırıb. Əzizov deyib ki, ön xəttə yeni hücumçu Davit Volkovinin alınması digər forvardlardan hansınınsa komandadan ayrılacağı ilə bağlı deyil. O, hücum xəttində rəqabət yaratmaq üçün belə bir addım atdıqlarını vurğulayıb.
Qeyd edək ki, hazırda "Qəbələ"nin hücum xəttində Stiven Jozef-Monroz, Ceyms Adeniyi və Rauf Əliyev də yer alıb.