
Bolqarıstan "Botev"inin futbolçusu Qustavo Zauerin "Qarabağ"a keçidi baş tutmayıb.
Sportnet.az-ın "Record" nəşrinə istinadən məlumatına görə, braziliyalı sol cinah hücumçusu Portuqaliya "Boavişta"sına keçib. O, yeni klubu ilə bu həftə 2021-ci ilədək müqavilə bağlayacaq.
Qeyd edək ki, Qustavo Zauerlə "Gimaraynş" və Polşa "Legiya"sı da maraqlanıb.