"Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XV turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl futbolçulara qadağa tətbiq edib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, italiyalı mütəxəssis futbolçulara mətbuata açıqlama verməyi yasaqlayıb. Qadağa matç bitənədək qüvvədə olacaq.
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 18:30-da başlanacaq. Hazırda "Neftçi" 33 xalla 1-ci, "Qarabağ" 30 xalla 2-ci pillədə qərarlaşıb.