
"Neftçi" klubu fevralın 3-də səfərdə "Qarabağ"la keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçı ərəfəsində promo-video hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, videogörüntülərdə aktyor Kamran Ağabalayev oğluna özünü uzun illərin azarkeşi kimi təqdim edir. O, indiyədək flaqmanın iştirakı ilə izlədiyi oyunlardan və əldə olunmuş uğurlardan danışır. Sonda Ağabalayev azarkeşləri Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça dəvət edir. Promo-video "Harada qalmışdıq?" sualı ilə yekunlaşır.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq.