ASK Arena stadionunun konfrans zalında "Keşlə" klubunun rəsmi nümayəndələrinin və Azarkeş Klubunun bir qrup üzvünün iştirakı ilə görüş keçirilib.
Sportnet.az xəbər verir ki, görüşdə futbolda irqçiliklə mübarizə və əlil azarkeşlərə qayğı göstərilməsi məsələləri müzakirə olunub.
Hər iki məsələnin diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb. Futbol meydanlarında irqçiliyə və ayrı-seçkiliyə yol verilməməsinin zəruri olduğu bildirilib.