
Braziliyanın Rio-de-Janeyro şəhərində futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib.
Sportnet.az "Sport Mediaset"a istinadən xəbər verir ki, hadisə Braziliya D Seriyasında çıxış edən "Banqu" komandasının idman mərkəzində olub. Nəticədə iki futbolçu xəsarət alaraq, xəstəxanaya aparılıb. Onların həyatları üçün təhlükənin olmadığı bildirilir.
Qeyd edək ki, fevralın 8-də "Flamenqo" klubunun məşq bazasında yanğın baş verib. Hadisə nəticəsində 10 nəfər dünyasını dəyişib.