Rusiyanın "Krılya Sovetov" və Qazaxıstanın "Astana" komandaları yoxlama oyununda üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına təsadüf edən görüş qolsuz yekunlaşıb. Samara təmsilçisinin heyətində Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sonadək meydanda olub. Əslən azərbaycanlı Aleksandr Səmədov da 90 dəqiqə çıxış edib.
Qeyd edək ki, "Astana"nın baş məşqçisi əvvəllər "Qəbələ"yə rəhbərlik etmiş Roman Qriqorçukdur. Bu, Qazaxıstan çempionunun Antalyadakı son oyunu olub.