
"Maraqlı oyun keçdi. "Qəbələ"nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik.
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın XXII turunda səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri matç barədə danışarkən deyib.
Mütəxəssis rəqibin ikinci hissədə daha yaxşı oynadığını vurğulayıb: "Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədir".