Ötən
gün İspaniya La Liqasının X
turu çərçivəsində Azərbaycanlı futbolçu Eddi İsrafilovun şərəfini qoruduğu
"Qranada” öz meydanında "Real”ı qəbul edib. Sportnet.az-ın məlumatına görə, İsrafilov
matça start heyətində başlayıb.
39-cu
dəqiqədə sarı vərəqə ilə cəzalandırılan gənc yarımmüdafiəçi fasilədə Markeslə
əvəzlənib. Oyun "Kral klubu”nun 0:4 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, aktivində 9 xal olan "Qranada” 14-cü pillədə qərarlaşıb.