Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.
Sportnet.az-ın məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb. 2 naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.
Qeyd edək ki, döyülən şəxs 2007 - 2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub (ona.az)