Bakıda keçiriləcək Avropa Liqasının final oyunu İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Mauritsio Sarri üçün əlamətdar ola bilər.
Sportnet.az-ın məlumatına görə, "zadəganlar" həlledici görüşdə Londonun digər təmsilçisi "Arsenal"ı məğlub etsə, 20 ildən sonra ilk dəfə italiyalı baş məşqçi turnirin qalibi olacaq. Son olaraq 1998/1999 mövsümündə Alberto Malezani bu uğuru təkrarlaya bilib. O, "Parma" ilə finalda İtaliya "Latsio"sunu 3:0 hesabı ilə məğlub edərək titula sahib olub.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.