
Rusiyanın "Krılya Sovetov" komandası Premyer Liqada qalmaq uğrunda "Nijni Novqorod"la ilk keçid oyununda üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Nijni Novqoroddakı eyniadlı stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 22-ci dəqiqədə meydan sahiblərindən Daniel Fomin dəqiq penalti zərbəsi ilə açıb. 65-ci dəqiqədə isə Vitali Fyodoriv topu öz qapısına göndərib. Bununla da hesab bərabərləşib. 90+1-ci dəqiqədə Anton Zinkovski, 90+4-cü dəqiqədə isə Roman Şişkin fərqlənərək, "Krılya Sovetov"a qələbə qazandırıb. Bununla da qonaq komanda iyunun 2-də öz meydanında keçirəcəyi cavab görüşü üçün böyük üstünlük əldə edib.
Qeyd edək ki, "Krılya Sovetov"un start heyətində Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb. O, sonadək meydanda olub.