Fransanın PSJ klubunun və Braziliya milli komandasının futbolçusu Neymar zorlama ittihamlarına reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu fikirlərini şəxsi "Instagram"ında yazıb. Neymar bunu şəxsi həyatını zorakılıqla pozmaq istəyənlərin əməlləri kimi dəyərləndirib.
Qeyd edək ki, adının çəkilməsini istəməyən qadın Neymarın ona Parisdə təcavüz etdiyini söyləyib. Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransa paytaxtında yerləşən otellərin birində baş verib. Eyni zamanda, qız Braziliyada da artıq ərizə verdiyini və başqa bir ölkədə polisə getməkdən qorxduğunu deyib.