
UEFA-nın sabiq prezidenti, FIFA-nın isə keçmiş vitse-prezidenti Lennart Yuhansson vəfat edib.
Sportnet.az-ın məlumatına görə, isveçli funksioner 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Lennart Yuhansson Avropa futbol qurumuna 1990 - 2007-ci illərdə rəhbərlik edib. Yuhansson bu vəzifədə ən uzun müddət qalan şəxs olub. Məhz onun fəaliyyəti dövründə AFFA UEFA və FIFA-ya üzv olub. Mərhum 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yuhansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.