Argentina millisi yoldaşlıq oyununda Nikaraqua yığmasını 5:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, görüş San-Xuan şəhərinin "Bisentenario" stadionunda baş tutub.
Argentinanın heyətində Lionel Messi (37 və 38-ci dəqiqələrdə) dubl edib. Daha iki qola isə İtaliya "İnter"inin forvardı Lautaro Martines (63, 73) imza atıb.
Komandanın beşinci qolunu İngiltərənin "Uotford" klubunun yarımmüdafiəçisi Roberto Pereyra (81) vurub. Məğlub komandanın təsəlli qolunu Xuan Barrera qapıdan keçirib.