Türkiyə Super Liqasının gümüş mükafatçısı "Başakşehir"in yeni baş məşqçisi açıqlanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Okan Buruka həvalə olunub. Rəsmi müqavilə iyunun 11-də imzalanacaq. 46 yaşlı mütəxəssis yeni işində Abdullah Avcını əvəzləyib. Avcı isə "Beşiktaş"ın sükanı arxasına keçib.
Qeyd edək ki, Okan Buruk "Başakşehirspor"dan əvvəl "Çaykur Rizespor"da çalışıb.