Belçika milli komandasının futbolçusu Eden Azarın İspaniya "Real Madrid"inin üzvü kimi təqdimatına azarkeşlərdən biri "Barselona" forması ilə gəlib.
Sportnet.az-ın məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda təşkil olunmuş mərasim zamanı həmin fanat ətrafdakıların etirazları ilə qarşılaşıb. Nəticədə o, geyimini əynindən çıxarmalı olub. Bu hərəkət isə alqışlanıb. Təqdimat mərasiminə ümumilikdə 50 min azarkeş gəlib. İndiyədək yalnız 2009-cu ildə Kriştianu Ronaldunun təqdimatında bundan daha çox - 70 min insan olub.
Qeyd edək ki, Eden Azarın İngiltərənin "Çelsi" klubundan transferi 100 milyon avroya başa gəlib. Belçikalı vingerlə 2024-cü ilin yayınadən müqavilə bağlanılıb. Artıq Azar tibbi müayinədən də keçib. Hələlik o, oyun nömrəsini müəyyənləşdirməyib. Azar "10 nömrə"ni istəsə də, Luka Modriçdən rədd cavabı alıb.