
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" komandasının baş məşqçisi Miodraq Bojoviçin durumuna aydınlıq gəlib.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, klubun idarə heyətinin sədri Aleksandr Fetisov 51 yaşlı mütəxəssisin postunda qalacağını açıqlayıb.
Qeyd edək ki, Miodraq Bojoviç Samara təmsilçisinə 2018-ci ilin oktyabrında Andrey Tixonovun əvəzinə baş məşqçi təyin olunub. Ramil Şeydayev isə ötən ilin avqustundan bu komandanın formasını geyinir. Mövsümün sonunda 23 yaşlı hücumçunun klubla müqaviləsi başa çatıb. "Krılya Sovetov"un Şeydayevlə bağlı hansı qərarı verəcəyi hələlik bəlli deyil.