
Luis Enrike futbol üzrə İspaniya milli komandasının baş məşqçi postunu tərk edəcək.
Sportnet.az-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, bu xəbər bu gün rəsmən açıqlanacaq. Onu köməkçisi Robert Moreno əvəzləyəcək.
Baş məşqçi postunda dəyişikliyə Enrikenin ailə problemləri səbəb göstərilib. 49 yaşlı mütəxəssis məhz bu üzdən son seçmə oyunlarda da komandanın sükanı arxasında olmayıb.
Qeyd edək ki, Luis Enrike ötən ilin yayından İspaniya millisinə baş məşqçilik edir.