Fransa PSJ-sinin futbolçusu Neymar klubun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb.
Sportnet.az-ın məlumatına görə, Paris təmsilçisinin bu gündən başlanan mövsümöncəsi hazırlıq prosesinə braziliyalı hücumçu qatılmayıb. Klub yaydığı açıqlamada Neymara qarşı müvafiq tədbir görəcəklərini bəyan edib.
Qeyd edək ki, Neymarın PSJ-ni tərk etməkdə israrlı olduğu bildirilir. Onu İspaniya "Barselona"sı geri qaytarmaq niyyətindədir.