"Qəbələ" futbolçusu Ceyms Adeniyini İsrailin "Hapoel İroni" (Kiryat-Şmona) klubuna icarəyə verib.
Sportnet.az xəbər verir ki, nigeriyalı hücumçu yeni komandasında bir il çıxış edəcək. O, 100 min avro qarşılığında icarəyə götürülüb. Adeniyi gələn yay birdəfəlik götürülmək istəsə, "Qəbələ"yə daha 200 min avro ödəmək lazım gələcək.
Qeyd edək ki, Ceyms Adeniyi ötən mövsüm "Qəbələ"nin heyətində 31 oyuna 12 qol vurub. Onun müqaviləsi 2021-ci ilin yayına qədərdir.