
Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlunun Autocity.az-ın "Onun arabası var" layihəsinin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Avtomobillərə marağınız nə vaxtdan başlayıb?
- 12-13 yaşlarımda olduğum vaxt atamın Yaponiya istehsalı olan "Nissan" və "Toyota" markalı maşınları var idi. Demək olar ki, elə o vaxtdan maşın sürməyi oyrənirdim. Əvvəlcə şəhərin kənarında, sonra məhəllələr arasında sürürdüm. Bir dəfə səhər atam dedi: "Get, qarajda maşını qızdır və blokun yanına gətir. 50 metr məsafə var idi. Mən da göturub mahəllə içinda sürmək əvəzinə, yolu bir az uzatdım ki, çox sürüm və beləliklə, əsas yola çıxdım. Həmin an yol polisi məni görüb saxladı. O, maşını cərimə meydançasına apardı, məni isə evə təhvil verdilər. Çox həyəcanlı anlar yaşadım.
- İlk maşınınızı nə vaxt almısınız və hansı marka olub?
- İlk maşınım "Toyota Corona" olub. Onu 2004-cü ildə "MKT-Araz"da oynayakən almışdım. Çox sevinirdim. Baki - İmişli yolu ilə həftədə 2 dəfə sürürdüm.
- İndiyədək neçə maşın dəyişmisiniz?
- Mən həyatda da dəyişikliklərə çox meyilli deyiləm. Stabilliyi sevən adamam. İndiyədək 3-4 maşın dəyişmişəm. "Toyota Corona"dan sonra "Range Rover Voque", sonra 7 il "dördgöz" adlandırılan "Mersedes E-280", ardından "Renault" sürmüşəm. Hazırkı maşınımın markası isə "BMW-535"dir.
- Heç klublarda mükafat olaraq, maşın almısınız?
- Yox mükafat maşin almamışam. O vaxtlar təkcə "Xəzər Lənkəran" çempionluq qarşılığında mükafat kimi maşın verirdi. Səhv etmirəmsə, "BMW X5" idi. Kəmran Agayev hələ o maşını sürür. Mən isə Lənkəranda oynamamişam.
- Bahalı maşınlara çoxmu meylli olmusunuz?
- Ümümiyyətlə, elə də maşın həvəskarı deyiləm. Mənim üçün maşın sadəcə həyatını rahatlaşdıran aksessuardır. Hərdən 1-2 gün maşınsız qalanda başa düşürsən ki, bunsuz həyat çətinləşir. Bahalı maşının olub-olmamasını elə da vacib məqam saymıram.
- Maşın sizi nə dərəcədə dəyişə bilib?
- Mən 19 yaşımdan maşin sürürəm. Nə dərəcədə dəyişdiyini demək çox çətindir. İndi heç xatırlamıram ki, maşınsız necə olmuşam (gülür).
- Avtomobil sürərkən çoxmu qayda pozuntusu və ya qəza ilə üzləşmisiniz?
- Çalışıram ki, maşını qayda-qanunla sürüm. Sürət limitini də aşmamaqa çalışıram. Hərdan olur ki 10-15 km/s aşiram. Nəticdə 10 man cərimə gəlir (gülür). Ya da kəmər yadimdan çixir. Son vaxtlar polislərlə dil tapmaq çətinləşib. Futbola heç baxmırlar, indi oynayanları da tanımırlar. Amma sağ olsunlar, hərdən köhnə nəsil tanıyıb hörmət edərək buraxırlar. Maksimum cəriməm 50 manat olub. O da ki, icbari sığortanı vaxtında etdimədiyim üçün. Qəzaya düşməyi isə Allah heç kimə göstərməsin. Adicə maşını yungül surtəndə, başqa maşina dəyəndə insan stres keçirir. Allah qəzalardan uzaq eləsin.
- Ən yüksək sürətiniz neçə olub?
- Saatda 170 km. Onu da Qəbələ yolunda axşam vaxtı sürmüşəm. Çünki gecikirdim.
- İndiyədək maşınlarla bağlı üzləşdiyiniz ən maraqlı hadisə hansıdır?
- 10-11 yaşimda atam bir dostundan xahiş etdi ki, bizi, 3-4 uşağı öz maşını ilə bağa aparsin. Maşın isə "Moskviç 412" idi. Şəhərdən çixarkən güçlü leysan başladi və 4-5 dəq ərzində yol çaya döndü. Artiq sanki gəmi kimi üzürdük. "Moskviç"in starteri mühərrikin aşağı hissəsində yerləsdiyindən, su dəyən kimi maşin sönurdü. 2 dəqiqə keçməmiş gölməçədə maşın dayandı. Atamın dostu yağışın altında kapotu açdı və motorxanaya baxmaq istədi. Su isə dizə qədər idi. Mən isə çətir qaldırmışdım ki, su motora düşməsin. Bagajda benzin var idi, o da benzini yavaş yavaş tökurdu karbüratora və alışqanı yandırıb güya işıq verirdi. Bir də gördük ki, anidən mühərrik yanmağa başladı. Hərəmiz bir tərəfə qaçdıq. Atamın dostu ilə gödəkçə ilə odu söndürməyə başladı. Mən qaça-qaça gəlib gölməçə suyu ilə odu söndürməyə çalışdım. Amma gölməçə palçıq idi. Ona görə də bütün mühərrik palçığın içində oldu. Xoşbəxtlikdən, odu tez söndürdük. Amma mühərrik zay oldu, maşını isə traktorla qoşquya qoşub apardılar. Həmin anları indiyədək xatırlayırıq. Ay zalımın oğlu, alışqanı niyə yandırırsan? Həm qorxulu, həm də gülməli idi.