Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az"NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Fiorentina" klubunun oyunçusu Vitor Uqonu 350 min avroya 1 illik icarəyə götürüb. 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin illik maaşı 1,5 milyon avro olacaq.
Qeyd edək ki, sövdələşməyə əsasən, "Beşiktaş" Uqonu 5,5 milyon avroya birdəfəlik transfer edə bilər.