Futbol üzrə Almaniya millisinin və "Arsenal” klubunun futbolçusu Məsut Özilin atası oğlunu məhkəməyə verib. Sportnet.az-ın məlumatına
görə, səbəb keçən ilə kimi oğlunun meneceri olan ata Özilin pulunu
almamasıdır.
Türk əsilli almaniyalı futbolçu həm də ölkəsində bir
ilkə imza atmış olub. Yayılan xəbərlərə əsasən, Mustafa Özilin şirkəti Məsut
Özili məhkəməyə verib. Bu şirkət 2013-cü ilə kimi futbolçunun menecerliyini
edib. Ata Özilin oğlundan minlərlə avro dəyərində komissiya haqqı tələb
etdiyi bildirilir. Komissiya haqqı tam olaraq 630 min avro dəyərində açıqlanıb.
Qeyd edək ki, Məsut keçən il menecerlik işlərini atası ilə kəsəsrək qardaşı Mutluya həvalə edib.