"Səbail" klubunun kapitanı və Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev avtomobildən yararlanmır.
Sportnet.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. O, heç vaxt maşınlara həvəsinin olmadığını bildirib: "Qardaşım Fair Əmirquliyevin avtomobili var. Özümdə isə heç vaxt maşın olmayıb. Sadəcə, həvəs göstərməmişəm. "Xəzər Lənkəran"da çıxış etdiyim vaxt mənə ümumiyyətlə avtomobil lazım olmurdu. Çünki çıxmağa bir yer yox idi. Oyunlara daim avtobusla gedib-gəlirdik. İndi isə məşqlərə taksi və ya hazırkı komanda yoldaşım Ürfan Abbasovla gedib-gəlirəm. O, mənim qonşuluğumda qalır".
Bununla belə, Əmirquliyev sürücülük vəsiqəsinin olduğunu deyərək, gələcəkdə avtomobil almasının mümkünlüyünü istisna etməyib. O, hazırda avtomobil sürməyə həvəsinin olmadığını vurğulayıb. Təcrübəli oyunçu futbolçuların ən yaxşı maşınları sürməli olduğuna dair fikirlərə isə belə reaksiya verib: "Düşünmürəm ki, futbolçu ən yaxşı maşınları sürməlidir. Düzdür, avtomobil rahatlıqdır, ailə ilə harasa gedəndə lazım olur. Amma hesab etmirəm ki, futbolçunun yaxşı maşını olmalıdır. Mənim üçün avtomobilin yaxşı və ya ortabab olmasının fərqi yoxdur". (AutoCity.az)