Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” komandası növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv yerli “Adana Dəmirspor”la qarşılaşıb. Görüş rəqəbin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin qollarını Şafik Tiqruca və Soni Norde vurub.
Qeyd edək ki, Bakı təmsilçisi ilk yoxlama görüşündə "Konkordiya" (Rumıniya) ilə qolsuz heç-heçə edib.
26 iyul
Yoxlama oyunu
18:00. Zirə – Adana Dəmirspor (Türkiyə) - 2:3