İngiltərə Premyer Liqasında çıxış edən 11 ulduz futbolçuda dopinq aşkarlanıb.
Sportnet.az-ın "Mirror"a istinadən məlumatına görə, ümumilikdə dopinq-testlərin 16-sı müsbət nəticə verib. Onların yarısı ötən mövsüm, 6-sı 2017/2018, 2-si 2016/2017 mövsümlərində çıxıb. Testi Britaniya Antidopinq Agentliyi aparıb.
Lakin futbolçular cəzadan qurtula biliblər. İngiltərə Futbol Assosiasiyası bəyan edib ki, qadağan olunmuş preparatları oyunçular teapevtik istisna və ya icazə veilmiş üsulla qəbul ediblər. Futbolçuların dözümlülüyü artıran preparatlar - amfetamin, morfin, ritalin və triamtsinolon içdikləri müəyyənləşib.
Ekspertlər İngiltərə futbolunda belə sui-istifadə halları sisteminin yayılmasından ehtiyatlandıqlarını bildiriblər.