
İspaniya "Barselona"sının müdafiəçisi Jerar Pike daha bir futbol klubunun sahibi olub.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 32 yaşlı oyunçu "Ximnastik Manres"in səhmlər paketini alıb. Müqavilə klubun direktorlar şurası üzvlərinin 80 faizinin səsi ilə rəsmiləşib. Pike klubun borclarının ödənilməsi üzrə tam məsuliyyəti öz üzərinə götürüb. O, "Ximnastik Manres"i yanvarda aldığı "Monako"nun filialı etmək istəyir.
Qeyd edək ki, "Andorra" İspaniyanın 5-ci divizionu Kataloniya Primerasında mübarizə aparır. 1942-ci ildə təsis olunmuş klubun ən yaxşı nəticəsi Sequnda B-də 1998/1999 mövsümündə ikinci ye olub.