UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Arsenal" komandası Rusiya Premyer Liqasında ilk məğlubiyyətlə üzləşib.
Sportnet.az xəbər verir ki, Tula komandası III turda evdə "Rostov"a uduzub - 2:3. Hesabı 21-ci dəqiqədə qonaq komandadan Roman Yeryomenko açıb. 49-cu dəqiqədə Aleksey İonov "Rostov"un növbəti qolunu vurub. 67-ci dəqiqədə Yevgeni Lutsenko fərqi azaltsa da, 81-ci dəqiqədə Eldor Şomurodov qonaqları üçüncü dəfə sevindirib. 90+4-cü dəqiqədə "Arsenal"ın oyunçusu Qoran Çauşiç yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra "Rostov" 7 xalla 2-ci pilləyə yüksəlib. 4 xala malik "Arsenal" isə hələlik 8-cidir.
Qeyd edək ki, bu, "Arsenal"ın ardıcıl ikinci məğlubiyyəti olub. "Topçular" iyulun 25-də Tulada "Neftçi"yə yeniliblər - 0:1. Azərbaycan təmsilçisi ilə cavab görüşü avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.