
"Qarabağ" komandasının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bunlar Kipr APOEL-i ilə Slovakiya "Slovan" (Bratislava) klublarıdır. APOEL Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun "Sutyeska" komandasını mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi ev oyununda darmadağına imza atıb - 3:0. Hər 3 qolu Serbiyalı hücumçu Andriya Pavloviç 13-cü, 25-ci və 66-cı dəqiqələrdə vurub.
"Qarabağ" İrlandiya "Dandolk"unu üstələyəcəyi təqdirdə, məhz APOEL-lə qarşılaşacaq. İlk oyun 6-7 avqustda Nikosiyada, cavab görüşü 13 avqustda Bakıda olacaq.
Azərbaycan təmsilçisi "Dandolk səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Məhz bu zaman rəqib "Slovan" olacaq. Slovakiya komandası II təsnifat mərhələsində Kosovo "Feronikeli"sini evdə 2:1, səfərdə 2:0 hesabı ilə yenib. "Qarabağ"ın növbəti mərhələdə ilk oyunu avqustun 8-də səfərdə, cavab görüşü isə avqustun 15-də evdə olacaq.
Çempionlar Liqasında, həmçinin Şotlandiyanın "Seltik", Rumıniyanın ÇFR, Macarıstanın "Ferentsvaroş", İsveçrənin "Bazel", Xorvatiyanın "Dinamo" (Zaqreb) və Yunanıstan "Olimpiakos" komandaları mərhələ adlayıb.
Qeyd edək ki, "Qarabağ" "Dandolk"la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. Cavab oyunu iyulun 31-də "Dalğa Arena"da olacaq. Görüş saat 21:00-da başlanacaq.
--------------------------
Bu gün avrokubokların III təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasında İrlandiyanın “Dandolk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasında baş tutan ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
“Qarabağ” “Dandolk” səddini keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk matçında slovakiyalılar qələbə qazanıblar – 2:1.
Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İrlandiyada baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) - 3:0
Qollar: Andriya Pavloviç, 13; 25; 66
İlk oyun - 1:0
21:00. “Nımme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya) - 0:2
Qollar: Aleksandr Kulinitş, 10 (öz qapısına). Marian Şved, 90+3
İlk oyun - 0:5
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya) - 2:2
Qollar: Nik Blekmen, 15. Yonatan Kohen, 48 - Xuan Kulio, 19 (penalti ilə); Mario Rondon, 42
İlk oyun - 0:1
22:00. “Bazel” (İsveçrə) - PSV (Hollandiya) - 2:1
Qollar: Eray Kümart, 8. Rikki van Volfsvinkel, 68 - Bruma, 23
İlk oyun - 2:3
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan) - 3:0
Qollar: Mislav Orşiç, 77. Bruno Petkoviç, 88. Dani Olmo, 90+4
İlk oyun - 2:0
22:00. “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan) - 1:1
Qol: Mario Fontanella, 27 (penalti ilə) - Tokmak Nquen, 60
İlk oyun - 1:3
22:30. “Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya) - 4:0
Qollar: Gilyerme, 51. Migel Anxel Gerrero, 70. Yakub Brabets, 73 (öz qapısına). Ruben Semedo, 82
İlk oyun - 0:0
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
19:45. “Linkoln” (Cəbəllütariq) – “Ararat” (Ermənistan) - 1:2
İlk oyun - 0:2
19:45. “Suduva” (Litva) – “Tre Penne” (San Marino) - 5:0
İlk oyun - 5:0
19:55. “Düdelanj” (Lüksemburq) – “Şkendiya” (Makedoniya) - 1:1
İlk oyun - 2:1
20:00. “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya) - 0:2
Qollar: Vernon De Marko, 19. David Holman, 54
İlk oyun - 1:2