
Almaniya millisinin futbolçusu Andre Şürrle karyerasını Rusiyada davam etdirəcək.
Sportnet.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Moskva “Spartak”ı ilə razılıq əldə edib. Artıq tibbi baxışdan keçən Şürrle yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Dortmund “Borussiya”sından bir illik icarəyə götürüləcək forvardın keçidinin bu gün rəsmi şəkildə açıqlanacağı bildirilir.
Qeyd edək ki, Şürrle karyerası ərzində vətənində “Maynts”, “Bayer” və “Volfsburq”, eləcə İngiltərənin “Çelsi” ilə “Fulhem” komandalarında çıxış edib.