
Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək.
Bəhreyn stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstanla qarşılaşacaq.