
Hollandiya Erediviziyasında ilk turun "Herakles" - "Herenven" matçının əvvəllərində meydana toyuq girib və yumurtalar səpilib.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar baş hakim oyunu dayandırmalı olub. Fasilə bir neçə dəqiqə çəkib. Daha sonra arena əməkdaşları toyuğu tutmaq və meydanı yumurtalardan təmizləmək üüçün bir müddət vaxt sərf ediblər.
"Herakles" azarkeşləri komandanın ev stadionunun adının dəyişdirilməsi niyyətinə bu yolla etiraz ediblər. "Polman" stadionu yaxın vaxtlarda klininq (təmizlik) şirkətinin adını daşıyacaq. Həmin şirkət klubun sponsorudur.
Qeyd edək ki, görüş "Herakles"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.