"Mançester Siti" klubu İngiltərə rekordunu müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, "şəhərlilər" buna ölkə Super Kuboku uğrunda matçda "Liverpul"u penaltilər seriyasında məğlub etməklə nail olublar. Londondakı "Uembli" stadionunda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 12-ci dəqiqədə mançesterli Rəhim Sterlinqin dəqiq zərbəsinə 77-ci dəqiqədə Joel Matip cavab verib. Əlavə vaxtda qol vurulmadığından, qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. "Mançester Siti" 5:4 hesablı qələbə ilə yeni mövsümə kubokla başlayıb.
Bununla da Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv bir təqvim ilində bütün daxili titulları əldə edən ilk İngiltərə klubu kimi tarixə düşüb.
Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm Liqa Kubokunun finalında "Çelsi"ni də penaltilər seriyasında yenib - 4:3. İngiltərə Kubokunun finalında "Uotford"a 6:0 hesabı ilə qalib gələn şəhərlilər Premyer Liqada "Liverpul"u 1 xal geridə qoyaraq, çempion olublar. Ümumilikdə "Mançester Siti" Xosep Qvardiolanın rəhbərliyi altında 7 titul əldə edib.