
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubuna keçidi rəsmiləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanılıb.
O, 1 il müddətinə Portuqaliya Premyer Liqasında çıxış edən “Pakuş de Ferreyra”ya icarəyə verilib.