Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya “Qarabağ”dan çağırılmış İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev toplanışdan azad ediliblər. Bu addım klubun müraciəti əsasında atılıb. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında Kipr APOEL-i ilə III təsnifat mərhələsinin cavab görüşünü səbəb göstərib.
Bu futbolçuların əvəzinə “Səbail”dən Ədilxan Qarəhmədov, “Qəbələ”dən Samir Məhərrəmli və “Sumqayıt”dan Səbuhi Abdullazadə dəvət olunub.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL oyunu saat 20:30-da başlanacaq. İlk matçda Azərbaycan klubu qələbə qazanıb - 2:1.