"Qəbələ"nin futbolçusu Klesio Bauk zədələnib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Qarabağ"a qarşı keçirdikləri görüşdə xəsarət alıb. Mozambikli oyunçunun yerinə 29-cu dəqiqədə meydana Rövlan Muradov daxil olub. Bauk isə meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, qarşılaşmada birinci hissə oynanılır və hesab açılmayıb.