Serbiyanın səviyyəcə ikinci liqasında "Metalats" və "Baçka" komandaları arasında keçirilən matçda futbolçular arasında kütləvi dava baş verib.
Sportnet.az-ın məlumatına görə, ilk hissədə "Baçka"nın futbolçusu zədələnsə də, rəqib oyuna davam edib. "Metalats"ın hücumçusu qapıçı ilə təkbətək çıxıb və komandasını hesabda önə keçirib. O, qoldan sonra rəqib futbolçuların hücumuna məruz qalıb və oyun bu səbəbdən yubanıb.
Qarşılaşmanın hakimi münaqişədən sonra 3 qırmızı vərəqə göstərib. Görüş "Metalats"in qələbəsi ilə yekunlaşıb - 2:0.
En seconde division serbe, un quiproquo entre Metalac et Bačka se termine en générale. pic.twitter.com/78g95ktJiI
— Lazar van Parijs (@LazarVP) August 26, 2019