Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Səbail" - "Qarabağ" matçı gec başlayıb. Sportnet.az-ın məlumatına görə, "Asko Arena"dakı qarşılaşmanın start fiti 3 dəqiqə yubanıb. Görüşün gec başlama səbəbi hələ ki, bəlli deyil. Lakin bu, böyük ehtimalla hansısa komandanın arenaya gecikməsi ucbatından baş verib. Qeyd edək ki, AFFA İntizam Komitəsi ötən mövsümdə də oyunun və ya ikinci yarının gec başlamasına görə bəzi klubları cəzalandırıb.
Qeyd edək ki, görüşdə birinci hissə oynanılır və "Qarabağ" öndədir - 1:0