Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü “Qarabağ” yeni qapıçı alıb.
Sportnet.az-ın məlumatına görə, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edib. Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Gün ərzində “Qarabağ” klubu rəsmi olaraq transferi açıqlayacaq.
Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb (Qol.az).